Kerem Aktürkoğlu Ziyech əvəzləyib

Bakı,24 may,Sporaz.tv

Galatasaray” liqanın son həftəsində keçirəcəyi “Tümson Konyaspor” matçının hazırlıqlarını davam etdirir. Baş məşqçi Okan Buruk cəzalı Hakim Ziyech əvəzinə Kerem Aktürkoğluna şans verməyi planlaşdırır.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının son həftəsində “Galatasaray” səfərdə “Tümosan Konyaspor”un qonağı olacaq. Sarı-qırmızılılar bu matçda qalib gələrək çempion olmaq istəyir. Sarı-qırmızılar heç-heçə olacağı təqdirdə 24-cü çempionluğun sevincini yaşayacaq.

Baş məşqçi Okan Buruk bu kritik matçda meydana çıxacağı heyəti böyük hissəsini müəyyən edib.

“Galatasaray”ın qapısını Fernando Muslera qoruyacaq. Müdafiənin sağında Kaan Ayhan, solda isə Derrik Köhn çıxış edəcək. Abdülkerim Bardakcının mərkəz müdafiəçi mövqeyində Victor Nelssonla bərabər oynama ehtimalı yüksəkdir.

Vüqar ALIŞOV