Bakı, 18 oktyabr, Sporaz.tv
Premyer Liqanın iki nəhəng klubunun “Benfica“-nın türkiyəli ulduzları Kerem Aktürkoğlu və Orkun Kökçü ilə maraqlandığı iddia edilib. İngilis mətbuatı Kerem və Orkun üçün tələb olunan transfer haqqını da açıqlayıb.
Sporaz.tv məlumat verir ki, “Galatasaray“(Qalatasaray)-dan “Benfica”-ya transfer olunduqdan sonra uğurlu çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkən Kerem Aktürkoğlu və komanda yoldaşı Orkun Kökçü ilə iki ingilis klubunun maraqlandığı iddia edilib.
UEFA Millətlər Liqasında Türkiyənin İslandiyanı səfərdə 4-2 məğlub etdiyi matçda, “Manchester United“(Mançester Yunayted) və “Tottenham”-ın müşahidəçiləri Kerem və Orkunu yaxından izləyib.
“Benfica”-nın “Atletico Madrid”-i 4:0 hesabı ilə məğlub etdiyi Çempionlar Liqası matçını da izləyən ingilislər, hərəyə bir qol vuran ikiliyi öz radarlarına salıb.
Xəbərdə, “Benfica”-nın yanvar ayında Kerem Aktürkoğlu və Orkun Kökçünü satmağı planlaşdırmadığı, lakin hər ikisi üçün təxminən 70 milyon avroluq təklifin Portuqaliya klubunun fikrini dəyişə biləcəyi qeyd olunub.