Kerem Aktürkoğlu üçün şəfamesajlar yağdı

Bakı 24 sentyabr, Sporaz.tv

Portuqaliya Liqasının 6-cı həftəsində keçirilən matçda “Benfica” səfərdə “Boavista“nı 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmada 2 məhsuldar ötürmə edərək ulduza çevrilən Kerem Aktürkoğlu aldığı zərbədən gözündə qançır olub. Sosial şəbəkələrdə 25 yaşlı futbolçu üçün şəfa mesajları paylaşılıb.

Sporaz.tv xəbər verir ki, Kerem Aktürkoğlu “Benfica”da hesaba töhfə verməyə davam edir. Türk futbolçu sonuncu dəfə “Boavista” matçında etdiyi 2 məhsuldar ötürmə ilə adından söz etdirib. Qarşılaşma zamanı gözündən zərbə alan Kerem Aktürkoğlu matçdan sonra yaxşı olduğu ilə bağlı paylaşım edib.

Kerem Aktürkoğlu matçdan sonrakı paylaşımında “Narahat olmayın, yaxşıyam!” dedi. 25 yaşlı futbolçunun gözündəki qançır diqqətdən yayınmayıb. Bir çox futbolsevər Kerem Aktürkoğluna tezliklə sağalmasını arzulayıb.

Bahar Rüstəm

Leave a Reply