Kerem Aktürkoğlu transfer qərarını verdi

Bakı, 19 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan ayrılması gündəmdə olan Kerem Aktürkoğlu transferlə bağlı qərarını verib. Moskva “Spartak“ının pəncəsində olan Kerem Aktürkoğlu, transfer üçün yol xəritəsini cızıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”ın uğurlu cinah oyunçusu Kerem Aktürkoğlunun adı bir müddətdir ki, transfer xəbərlərində hallanırdı. Moskva “Spartak”ının gündəmində olan Aktürkoğlu da transfer qərarını verib.

Rusiya komandası, sonuncu dəfə Kerem Aktürkoğlu üçün 12 milyon avroluq transfer təklif etdiyi halda, oyunçuya bonuslarla birlikdə 3,5 milyon avro da təklif etmişdi.

“Galatasaray” sözügedən fiqurla bağlı müsbət fikirdə olsa da, Kerem Aktürkoğlu transferlə bağlı qərarını verib.

25 yaşlı futbolçu, Rusiyaya getmək istəmir.

Avropadan təklif gözləyən Kerem Aktürkoğlu, gözlədiyini tapmasa, karyerasını “Sarı-qırmızılar”da davam etdirəcək.

Məsələ ilə bağlı “Galatasaray” rəhbərliyi ilə Kerem Aktürkoğlunun görüş keçirəcəyi xəbərlərdə ətraflı məlumat verilib.

“Galatasaray”la daha 2 il müqaviləsi olan Kerem Aktürkoğlu, 2023-24 mövsümündə 54 matçda forma geyinib, 3760 dəqiqə meydanda qalıb və 15 qol vurub, 9 məhsuldar ötürmə edib.