Kerem Aktürkoğlu Portuqaliya Liqasında iz buraxıb

Bakı, 7 noyabr, Sporaz.tv

Daha əvvəl Portuqaliya Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı hücumçusu seçilən Kerem Aktürkoğlu, bu dəfə Portuqaliya Liqasının eyni dövrlərin ən yaxşı oyunçusu seçilib.

Sporaz.tv məlumat verir ki, Transfer dövrünün son günündə “Galatasaray“(Qalatasaray)-dan “Benfica”-ya transfer olan Kerem Aktürkoğlu, uğurlu çıxışı ilə portuqaliyalıları valeh edir.

Kerem, Portuqaliya Super Liqasında sentyabr və oktyabr aylarının futbolçusu seçilib.

Liqada məşqçilər arasında keçirilən səsvermədə “Benfica“-nın futbolçusu 29,06 faiz səs toplayıb və birinci olub.

Viktor Gyökeres (“Sportinq Lissabon”) 27,35 faizlə ikinci, Samu Aqehova (“Porto”) isə 23,93 faiz səslə üçüncü olub.

Kerem Aktürkoğlu bu yaxınlarda Portuqaliya Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı hücumçusu mükafatını qazanıb.

Türkiyəli futbolçu, “Benfica” forması ilə Portuqaliya Liqasında 5 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Kerem bütün yarışlarda 10 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Leave a Reply