Bakı, 4 oktyabr, Sporaz.tv
“Benfica“da möcüzələr yaradan Kerem Aktürkoğlu Avropanın nəhəng komandalarının radarına düşüb.
Sporaz.tv xəbər verir ki,”Galatasaray“ın keçmiş futbolçusu Kerem Aktürkoğlu, “Benfica” forması ilə oynadığı bütün matçlarda qol vurmaqla Avropada adından söz etdirib.
Kerem Aktürkoğlu bu çıxışdan sonra “Manchester United“-in radarına düşüb. İngiltərər nəhənginin bu transfer üçün 40 milyon avro təklif edə biləcəyi iddia edilib.
Kerem Aktürkoğlu bu mövsüm “Benfica”nın heyətində 5 oyun keçirib. 25 yaşlı futbolçu, bu matçlarda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.