Kerem Aktürkoğlu, İspaniyada manşet oldu

Bakı,31 may,Sporaz.tv

Kerem AktürkoğluGalatasaray“ın Super Liqa çempionluğunu qeyd etmələri zamanı vida açıqlamaları verib. Milli futbolçunun meneceri “Real Sociedad”la əlaqə saxladığını təsdiqləyərkən, Kerem Aktürkoğlu İspaniya mətbuatının gündəminə çevrilib. Xəbərdə “Real Sociedad “ın 25 yaşlı ulduzun transferində böyük irəliləyiş əldə etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Superliqa çempionluğunu rekord xalla qazanan “Galatasaray”da Kerem Aktürkoğlu yeni mövsümdə komandada olmaya bilər.


Türkiyə milli futbolçusu çempionat şənliklərində vidalaşma kimi açıqlamalar verərkən, meneceri də təmasları təsdiqləyib.
“Real Sociedad “la danışıqlar aparan Kerem Aktürkoğluna İspaniya mətbuatı da böyük maraq göstərib.
“El Mundo Deportivo”da dərc olunan xəbərdə Kerem Aktürkoğlunun “Galatasaray” karyerası ilə bağlı təfərrüatlar paylaşılıb.
Xəbərdə “O, çempion “Galatasaray”ın sütunlarından biridir. Avropanın böyük liqalarından birinə transfer olmağı hədəfləyir. “Real Sociedad” bu transferdə böyük irəliləyiş əldə edib” deyilir.


Kerem Aktürkoğlu bu mövsüm “Galatasaray”ın heyətində 54 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bahar Rüstəm