Kerem Aktürkoğlu İspan komandası ilə masa arxasına oturur

Bakı, 16 iyul, Sporaz.tv

Galatasaray“dan ayrılması gündəmdə olan Kerem Aktürkoğlunun yenidən “Real Sociedad“la oturacağı iddia edilib. Sarı-qırmızılıların bu transferdən 14 milyon avro transfer gəliri hədəflədiyi bildirilərkən, “Real Sociedad”ın Kerem Aktürkoğlu ilə müqavilə imzalayacağı təqdirdə 9 milyon avroluq təklif edəcəyi gözlənilir.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən Galatasarayda gedəcək futbolçularla yanaşı gələcək oyunçular da maraq doğurur.

Komandadan ayrılacaq adlardan biri kimi göstərilən Kerem Aktürkoğlu üçün yeni iddia ortaya atılıb.

“Galatasaray”dan transfer görüşü keçirmək üçün icazə alan Kerem Aktürkoğlu yenidən “Real Sociedad”la oturub.

İspan komandası türkiyəli futbolçu ilə müqavilə imzalayacağı təqdirdə “Galatasaray”a rəsmi təklif göndərəcək.

“Galatasaray”ın bu transferdən 14 milyon avro transfer gəliri gözlədiyi bildirilib.Ancaq “Real Sociedad” Kerem Aktürkoğlunu transfer edəcəyi təqdirdə “Galatasaray”ın qapısını 9 milyon avroluq təkliflə döyəcək.

Transfer haqqı ilə bağlı danışıqların bir müddət davam edəcəyi gözlənilir.

Kerem Aktürkoğlu ötən mövsüm “Galatasaray”ın heyətində 54 oyun keçirib. Türkiyəli futbolçu bu matçlarda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.