Bakı, 20 sentyabr, Sporaz.tv
Kerem Aktürkoğlu Çempionlar Liqasında “Benfica” forması ilə ilk qolunu atıb.
Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının ilk həftəsində “Benfica” səfərdə “Crvena zvezda“nı 2:1 hesabı ilə məğlub edib.
Komandasını 1-0 önə çıxaran Kerem Aktürkoğlunun qolunda Rade Krunicin detalı gündəm olub. Kerem Aktürkoğlundan əvvəl topa toxuna bilməyən Krunicin çıxışı tənqid edilib. Fenerbahçe (Fənərbaxça) dönəmində də sarı-göylü azarkeşlər tərəfindən tənqid edilən Krunic qoldan sonra qısa müddət ərzində sosial mediada ən çox xatırlanan adlardan biri olub.
Krunic, “Crvena zvezda”nın heyətində 6 matçda 395 dəqiqə meydanda olub. Futbolçu bu matçlarda nə qol, nə də məhsuldar ötürmə verə bilməyib.