Kerem Aktürkoğlu dünya ulduzlarını geridə qoyub

Bakı, 15 oktyabr, Sporaz.tv

Türkiyə Millisinin Millətlər Liqasında İslandiyanı 4-2 məğlub etdiyi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə çıxış edən Kerem Aktürkoğlu matça damğasını vuran adlardan olub. Milli futbolçu da matçda vurduğu qolla bombardirlər yarışının zirvəsinə yüksəlib.

Sporaz.tv xəbər verir ki, “Benfica” forması ilə uğurlu çıxışını Milli Komandaya əks etdirən Kerem Aktürkoğlu İslandiya matçının ulduzlarından biri oldu.

4-2 hesabı ilə qalib gələn matçda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənən türk futbolçu qələbədə böyük rol oynayıb.

Kerem Aktürkoğlu qollarının sayını 4-ə çatdıraraq Millətlər Liqasının bombardiri olub.

25 yaşlı futbolçu Millətlər Liqasında 3 qolu olan Kriştiano Ronaldo və Erling Haaland kimi adları geridə qoyub.

Kerem Aktürkoğlu Millətlər Liqasında Benjamin Sesko və Viktor Gyökereslə ən çox qol vuran oyunçunu bölüşür.

Bahar Rüstəm