Bakı, 3 noyabr, Sporaz.tv
Portuqaliya Liqasının 10-cu həftəsində “Benfica” 1:0 hesabıyla geri qalan “Farense“-ni 2:1 hesabı ilə məğlub edib. “Benfica”-nın vurduğu 2 qola türkiyəli futbolçu Kerem Aktürkoğlu sahiblik edib.
Sporaz.tv məlumat verir ki, Portuqaliya Liqasının 10-cu həftəsində “Benfica”, səfərdə “Farense”-nin qonağı olub.
Liqanın sonuncu pilləsində qərarlaşan ev sahibi “Farense”, 15-ci dəqiqədə Dario Povedanın vurduğu qolla 1:0 önə keçib.
Qonaq “Benfica”, 21-ci dəqiqədə Alvaro Carrerasla hesabı 1-1-ə çatdırıb. Matçın ilk hissəsi bu hesabla başa çatıb.
“Benfica” 54-cü dəqiqədə Vangelis Pavlidisin vurduğu qolla 2-1 önə keçərək meydanı 3 xalla tərk edib. “Benfica”-nın hər iki qoluna türkiyəli futbolçu Kerem Aktürkoğlu müəlliflik edib.
Kerem, 77 dəqiqə meydanda qaldığı halda, daha bir türkiyəli futbolçu “Benfica”-da çıxış edən Orkun Kökçü 90+1 oynayıb. O, dəqiqələr ərzində oyundan çıxarılıb.
Liqada 1 matçı əskik olan “Benfica” bu qələbə ilə xallarını 22-yə çatdırıb. “Farense” 4 xalla sonuncu pillədə qalıb.