Kerem Aktürkoğlu “Benfica”da qol vurmağa davam edir

Bakı, 29 sentyabr, Sporaz.tv

Portuqaliya Liqasının 7-ci həftəsində “Benfica” “Gil Vicente“ni komandaları qarşılaşıb.

Sporaz.tv xəbər verir ki, Kerem Aktürkoğlu “Benfica” forması ilə 3-cü qolunu vurub.

“Benfika” komandasının 5-1 hesabı ilə qalib gəldiyi matçda Kerem Aktürkoğlu 28-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Futbolçu “Benfica” forması ilə 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Beləliklə, “Benfica” liqada ardıcıl 3-cü qələbəsini qazanaraq xallarını 16-ya yüksəldib.

Leave a Reply