Kerem Akterkoğlu, “Benfica”ya bir ilk yaşada bilər

Bakı, 6 noyabr, Sporaz.tv


Çempionlar Liqasının 4-cü həftəsində “Benfica” səfərdə “Bayern München“-nin qonağı olacaq.

Sporaz.tv xəbər verir ki, Nəhənglər Liqasında 2 qələbə və 1 məğlubiyyətlə 6 xal toplayan Portuqaliya komandası üçün “Bayern München” matçı xüsusi məna kəsb edir.

“Benfica”nın tarixində əvvəllər “Bayern München”-ə qalib gəlməməsi bu görüşü daha da vacib edir.

Bu mövsüm “Benfica”-ya dəstək verən Kerem Aktürkoğlu, bu matçda Portuqaliya komandasının ən güclü silahı olacaq. Türkiyə millisinin futbolçusu matça ilk 11-likdə başlayacaq.

Kerem Aktürkoğlu, bu mövsüm “Benfica”-nın heyətində 9 matçda forma geyinib. 26 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Leave a Reply