Kenan qol vurub,”Juventus” derbidə 3 xalı alıb

Bakı, 10 noyabr, Sporaz.tv

Juventus“(Yuventus) İtaliya A Seriyasının 12-ci həftəsində öz meydanında qəbul etdiyi “Torino”-nu 2:0 hesabı ilə məğlub edib. Türkiyə millisinin oyunçusu Kenan Yıldız qara-ağlıların ikinci qolunu vurub.

Sporaz.tv məlumat verir ki, İtaliya A Seriyasının 12-ci həftəsində “Juventus”, doğma meydanda “Torino“-nu qəbul edib.

Allianz Stadionunda keçirilən “Torino” derbisində “Juventus” 2:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinə qələbə qazandıran qolları 18-ci dəqiqədə Timothy Weah və 84-cü dəqiqədə türkiyəli futbolçu Kenan Yıldız vurub.

Bu nəticədən sonra “Juventus” 24 xalla liderlik ardınca davam edib. Torino 14 xalda qalıb.

Kenan Yıldız bu mövsüm “Juventus”-un heyətində 16 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Leave a Reply