“Kayserispor”un rəqibi Fatih Karagümrükdür

Bakı,3 may, Sporaz.tv

Trendyol Super Liqasının XXXV həftəsində “Mondihome Kayserispor” sabah “VavaCars”ın qonağı olan Fatih Karagümrük olacaq.

Sporaz.tv xəbər verir ki, RHG Enertürk Enerji Stadionunda oynanılacaq və saat 19.00-da başlayacaq qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək.

“Mondihome Kayserispor” 40 xalla 12-ci pillədə qərarlaşıb.

Liqada son 2 matçda qalib gələn İstanbul təmsilçisi VavaCars Fatih Karagümrük 36 xal və top fərqi ilə 15-ci pillədə qərarlaşıb.

Hər iki komanda qələbə qazanmaq və aşağı sıralardan uzaqlaşmaq istəyir.

Vüqar Alışov