“Kayserispor” “Konyaspor”u qonaq edecək

Bakı,17 may,Sporaz.tv

Trendyol Super Liqasının 37-ci həftəsində “Mondihome Kayserispor” sabah “TÜMOSAN Konyaspor“u qəbul edəcək. Hər iki komanda da düşmə zonasından uzaqlaşmaq və son həftəyə rahat girmək istəyir.

Sporaz.tv məlumat verir ki,RHG Enertürk Enerji Stadionunda oynanılacaq və saat 19.00-da başlayacaq qarşılaşmada Halil Umut Meler fit çalacaq.

Ev sahibi Mondihome Kayserispor 41 xalla 13-cüdür; Qonaq komanda TÜMOSAN Konyaspor isə 40 xalla 14-cü pillədə qərarlaşıb.Mondihome Kayserispor problemli bölgədən uzaqlaşmağı hədəfləyir. Düşmə zonasından 3 xal uzaqda olan “Konyaspor” da qalib gələrək aşağı liqada qalmaq planlarına son qoymaq istəyir.