“Kasımpaşa” “Samsunspor”un qonağı olacaq

Bakı, 26 aprel, Sporaz.tv

Trendyol Super Liqasının XXIV həftəsində “Kasımpaşa” sabah doğma meydanda “Yılport Samsunspor”la qarşılaşacaq.

Sporaz.tv  xəbər verir ki, Kasımpaşa Rəcəb Tayyib Ərdoğan stadionunda oynanılacaq və saat 16.00-da başlayacaq qarşılaşmanı baş hakim Halil Umut Meler idarə edəcək.

Kasımpaşa liqada 33 matçda 13 qalibiyyət, 7 heç-heçə və 13 uduzub. 46 xalı olan tünd-göy-ağlı rəqibinə qalib gələrək avrokuboklarda iştirak şansını qoruyub saxlamağı qarşısına məqsəd qoyub.

Liqada 33 matçda 10 qalibiyyət, 9 heç-heçə və 14 məğlubiyyət nəticəsində 39 xal toplayan Yılport Samsunspor, liqada qalmağı riyazi olaraq təmin etmək üçün Kasımpaşanı məğlub etmək istəyir.

Liqanın ilk yarısında iki komanda arasında oynanan matçı Samsunspor 4-2 qazandı.

Vüqar Alışov