Kartal Kayra Yılmaz “Kayserispor”la vidalaşıb

Bakı,30 may,Sporaz.tv

Kayserispor“da icarə əsasında çıxış edən Kartal Kayra Yılmaz sarı-qırmızılı camaatla vidalaşıb.

Sporaz.tv xəbər verir ki, Superliqa komandalarından “Kayserispor”un “Beşiktaş”dan icarə əsasında heyətinə qatılan yarımmüdafiəçi, Kartal Kayra Yılmaz sarı-qırmızılı formada ümumilikdə 30 matça çıxıb.

Oynadığı matçlarda uğurlu çıxış edən 23 yaşlı Kartal Kayra Yılmaz “Kayserispor”la vidalaşıb. Gənc futbolçu paylaşımında “Bu hekayədəki hər şey üçün təşəkkür edirəm” sözlərini qeyd edərək, “Əziz Kayserililər, Kayserispor Klubu və azarkeşləri, sizinlə keçirdiyim bu qısa müddət ərzində yaşadığımız bütün xatirələr yaşayacaq. Bu hekayədəki hər şey üçün təşəkkür edirəm.”-deyib.