Kamran Hacıyev məğlubiyyəti belə şərh etdi

Bakı, 26 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda təmsilçimiz “Araz-Naxçıvan” futzal klubu son oyununu keçirib.

Sporaz.tv məlumat verir ki, futzal klubumuz İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşıb. Göstərdiyi performansa, vurduğu qollara, buraxılan toplara baxmayaraq klubumuz məğlub olub.Hesabı 4:3 edən rəqib komanda yekunda meydanda qalib gəlməyi bacarıb. Təmsilçimiz məğlub olaraq mübarizəni dayandırıb.

Onu da qeyd edək ki, təşkilatçı olan ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu.

UEFA çempionlar liqasında çıxış edən Araz-Naxçıvan klubunda icarə əsasında oynayan futzalçı Kamran Hacıyev, öz təəssüratlarını bizimlə bölüşüb. Kamran Hacıyevdən aldığımız müsahibəni təqdim edirik:

– Salam, Kamran bəy! UEFA Çempionlar Liqası haqqında öz təəssüratlarınızı bizlə paylaşa bilərsiniz? Sizcə oyun necə keçdi?

– Salam! Keçirdiyimiz bu matç komandamız üçün yaxşı bir təcrübə əldə etməyimizə səbəb oldu. Rəqibin ev sahibliyi etdiyi bu oyunda komandamız üçün hər şərait yaradılmışdır. Matç öncəsi rəqib komandanın oyunçuları bizdə xoş təəssürat yaratdılar. Klubumuz oyun öncəsi və sonrası heç bir problem yaşamadı. Təcrübəmizi daha da artıqdıq.

– İlk matç üstünlükləri sizdə olduğu halda, “Uddevalla” ilə matçın 4:3 məğlubiyyət ilə nəticələnməsinin səbəbi sizcə nədir?

– Məğlub olmağımızın səbəbi isə onu deyə bilərik ki, rəqib komanda oyunu udmaqda çox istəkli idi. Əsas məsələlərdən biri də odur ki, bu bir komanda idman növüdür və burda bir-birimizin üstün yaxud da zəif tərəflərini tanımağa daha yaxın oluruq. Oyun ərzində yoldaşlarımızı daha yaxşı anlamağa və başa düşməyə çalışmalıyıq. Bu da oyun zamanı üstünlüklər əldə etməyimizə çox təsir göstərir.

– Rəqib komanda haqqında fikirləriniz nədir? Rəqibin üstün cəhətlərini nədə görürsünüz?

– “Udevalla”-nın zəif rəqib olmadığını hər birimiz bilirik. Komandamız bu oyundan qalib ayrılmaq üçün əlindən gələn səyləri göstərdi. İsveç təmsilçisi eyni heyətlə illərdir çıxış edir. Amma necə deyərlər meydan düz, top yumru. Futzal çox mürəkkəb idman növüdür. Ona görə də müxtəlif amilləri səbəb gətirmək olar. Həmin gün baş tutan oyunda demək olar ki, çoxluq meydan sahibi olan “Uddevalla” tərəfində idi.

Suna Jafarli