Kərəm Aktürkoğlunun sərbəst qalma qazancı təəccüb doğurub

Bakı, 3 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) təəccüblü şəkildə Kerem Aktürkoğlunu “Benfica“(Benfika)-ya göndərib. Portuqaliya yığması, türkiyəli futbolçu üçün sarı-qırmızılılara 12 milyon avro ödəyəcək. “Galatasaray”-ın növbəti satışda qazancın yüzdə 10 payını alacağı Kerem Aktürkoğlunun sərbəst qalma ödənişi heyrət doğurub.

Sporaz.tv məlumat verir ki, Kərəm Aktürkoğlunun “Galatasaray”-da 4 illik fəaliyyəti rəsmən başa çatıb.

“Sarı-qırmızılar”, türkiyəli futbolçunu “Benfica”ya göndərib. “Benfica”, Kerem Aktürkoğlunun transferi üçün “Galatasaray”-a 12 milyon avro ödəyəcək.

“Galatasaray”-da, Kerem Aktürkoğlunun növbəti satışından qazancının yüzdə 10-nu alacağı bildirilib.

Digər tərəfdən Portuqaliya mətbuatı “Benfica”-nın Kerem Aktürkoğlu üçün təyin etdiyi sərbəst qalma maddəsini açıqlayıb.

“Benfica”, türkiyəli futbolçunun müqaviləsinə 60 milyon avroluq sərbəst qalma maddəsi əlavə edib. Kerem Aktürkoğlu sözügedən rəqəmə satılsa, daha 4,8 milyon avro “Galatasaray”-ın xəzinəsinə daxil olacaq.

Bu mövsüm 6 matçda meydana çıxan Kerem Aktürkoğlu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.