“Kəpəz” heyətini gücləndirməkdə davam edir

Bakı, 12 iyul, Sporaz.tv

Kəpəz” heyətini daha bir legioner futbolçu ilə gücləndirəcək.

 Sporaz.tv-nin əldə etdiyi məlumata görə, Gəncə klubu Lassana Ndiaye ilə razılıq əldə edib və yaxın günlərdə onunla 1 illik müqavilə bağlanacaq.

23 yaşlı malili oyunçu hücum xəttində çıxış edir. Forvard son olaraq 2022/2023 mövsümündə Bolqarıstanın “Arda” klubunun formasını geyinib və 35 oyunda 8 qol vurmağı bacarıb.

L.Ndiaye Malinin U-17 və U-20 millilərinin də şərəfini qoruyub.

Mənbə: Report