“Juventus”un Kənan Yıldız planı açıqlanıb

Bakı, 23 sentyabr, Sporaz.tv

Juventus“(Yuventus)-da çıxış edən türkiyəli futbolçu Kenan Yıldız İtaliya nəhəngində yeni vəzifəyə hazırlaşır. A seriyasında 3 matçdır qol görməyən “Juventus”-un çalışdırıcısı Motta, Kenan Yıldızla qol problemini həll etməyi planlaşdırır.

Sporaz.tv məlumat verir ki, İtaliya A Seriyasında son 3 matçdan 0:0 hesablı heç-heçə ilə ayrılan “Juventus”-da qol problemi davam edir. Baş məşqçi Thiago Motta, Kənan Yıldıza yeni tapşırıq verməklə xal problemini aradan qaldırmağı planlaşdırır.

Thiago Motta, “Genoa” ilə qarşılaşmada Kenan Yıldızı irəli xəttə təyin etməyi düşünür.

Mottanın kritik qarşılaşmada “Juventus”-un hücum məsuliyyətini Kenan Yıldıza verəcəyi xəbərlərdə geniş yayılmışdı.

Arkadiuş Milikin geri dönməsini gözləyən Mottanın alternativ planının Kenan Yıldız olduğu və türkiyəli futbolçunun “Zirkzee tipli” həll yolu ola biləcəyi vurğulanıb.

“Juventus”, A Seriyasının 6-cı həftəsinin matçında sentyabrın 28-i şənbə günü səfərdə “Genoa” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Leave a Reply