“Juventus”ta 10 nömrəli forma Kenan Yıldızın oldu

Bakı, 16 avqust, Sporaz.tv

İtaliya A Seriyasında “JuventusKenan Yıldızın müqaviləsinin 2029-cu ilə qədər uzadıldığını açıqlayıb. Futbolçu yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.

Sporaz.tv xəbər verir ki, “Juventus” Kenan Yıldızla müqaviləni yeniləyib.

İtaliya komandasının verdiyi açıqlamada Kenan Yıldızın müqaviləsinin 2029-cu ilə qədər uzadıldığı bildirilib.

Açıqlamada, “Kenan Yıldız Juventus layihəsinin mərkəzində olduğunu sübut etdi və müqaviləsini yenilədi. Onun müqaviləsi 2029-cu ilə qədər uzadıldı və bu gündən etibarən 10 nömrəli formanı geyinəcək” ifadələri işlədilib.

Futbol karyerasına “SV Saller”in akademiyasında başlayan Kənan Yıldız daha sonra “Regensburg” və “Bayern Munich”ın akademiyasında çıxış edib.

Gənc futbolçu 2022-ci ildə “Juventus”un akademiyasına transfer edilib və növbəti il ​​A komandasına yüksəlib.

Kenan Yıldız “Juventus”un A ​​komandasında 32 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Türkiyəli futbolçu “Juventus”un akademiyasnda 46 matçda meydana çıxıb və 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm