“Juventus”dan yarımmüdafiəçi transferi ilə bağlı rəsmi açıqlama

Bakı, 9 iyul, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Juventus” “Nice”dan Khephren Thurami heyətinə qatıb. Thuram tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq.

Sporaz.tv xəbər verir ki, “Juventus” yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.

Klubun sosial media hesabında edilən paylaşımda Khephren Thuramın müqavilə imzalamaq üçün Torinoya gəldiyi bildirilib.

Yeni mövsümdən əvvəl “Juventus” Douglas Luizlə ilk transferini reallaşdırıb.

İtaliya mətbuatında çıxan xəbərdə Thuramın bu gün sağlamlıq müayinəsindən keçəcəyi və 5 illik müqavilə imzalayacağı bildirilib.
Ötən mövsüm “Nice”nın heyətində 29 matça çıxan Khephren Thuram 1 qol və 1 məhsuldar ötürmə edib.

Futbol karyerasına Boulogne-Billancourt Jugend akademiyasında başlayan 23 yaşlı futbolçu 2016-cı ildə “Monaco”ya transfer olunub, 2018-ci ildə A komandasına yüksəlib.

Thuram 2019-cu ildə “Nice”ya transfer olunub.

Bahar Rüstəm