“Juventus”dan daha bir transfer

Bakı, 27 avqust, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan Juventus (Yuventus), mövsümün sonuna qədər “Porto“dan Francisco Conceiçaonu icarəyə götürüb.

A Seriyasına 2 oyundan 2 qalibiyyətlə başlayan Juventus (Yuventus) daha bir transferini rəsmən açıqlayıb.

Klubun yaydığı paylaşımda Francisco Conceiçaonun mövsümün sonuna qədər “Porto”dan icarəyə götürüldüyü bildirilib.

Açıqlamada “Porto”ya 7 milyon avro icarə haqqı ödəniləcəyi, müqavilənin futbolçunun performansına görə 10 milyon avroya qədər arta biləcəyi bildirilib.

Francisco Conceiçao, futbolçu karyerasına Portuqaliyanın “Belenenses”in infrastrukturunda başlayıb, daha sonra Sporting, Padroense ve Portonun alt liqasında çıxış edib.

2021-ci ildə Portoda A komandasına yüksələn gənc futbolçu 2022-ci ildə Ajax (Ayaks)-a transfer olunub. 21 yaşlı cinah oyunçusu, bu mövsümün əvvəlində yenidən “Porto” ilə müqavilə imzalayıb.