“Juventus”da Thiago Motta dövrü

Bakı, 13 iyun, Sporaz.tv

41 yaşlı Thiago Motta İtaliyanın Birinci Futbol Liqası (Seriya A) komandalarından olan Juventus (Yuventus)-un baş məşqçisi təyin edilib.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada:”İtalyan məşqçi ilə 30 iyun 202 7-ci ilə qədər müqavilə imzalanıb”- deyildi.

Motta məşqçilik karyerasına Paris Saint Germain-in gənclər komandasında başlayıb və burada futbolçu karyerasını 2018-ci ildə bitirib.

İtaliyadakı məşqçilik səyahəti 2019-cu ildə Genova ilə başladı, sonra Spezia və Bolonyada komandaya rəhbərlik etdi.