“Juventus”a Kenan Yıldız şoku

Bakı, 20 iyul, Sporaz.tv

Kenan Yıldızla uzunmüddətli planlar quran “Juventus“un 19 yaşlı futbolçuya yeni müqaviləsində maaşının 4 mislini təklif etdiyi, lakin Kenan Yıldızın bu rəqəmi aşağı gördüyü üçün bu təklifi rədd etdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, aprel ayında Kenan Yıldızın meneceri ilə keçirdiyi görüşlərdən müsbət nəticə alan “Juventus” gənc ulduzun yeni müqavilə imzalaması üçün bir az da səy göstərməli olacaq.

“Juventus” yeni müqavilədə Kenan Yıldıza 4 dəfə 300 min avro maaş təklif edib.

19 yaşlı futbolçunun illik 1,2 milyon avro qazanacağı bu müqaviləni qəbul etmədiyi bildirilib.

Xəbərdə Kenan Yıldızın daha yaxşı şərtlərlə müqavilə istədiyi bildirilib.

Kenan Yıldızın gələcəkdə komanda üçün önəmli fiqur olacağını nəzərə alsaq, “Juventus”un növbəti addımı maraq doğurur.