“Juventus” yeni transferini açıqlayıb

Bakı, 26 avqust, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Juventus” “Fiorentina”dan Nico Gonzalezi satın alma opsiyonu ilə icarəyə götürdüyünü açıqlayıb.

Sporaz.tv xəbər verir ki, A Seriyasına “Como” üzərində 3:0 hesablı qələbə ilə başlayan “Juventus” daha bir transferini rəsmən açıqlayıb.

İtaliya komandasının verdiyi açıqlamada “Fiorentina”dan 26 yaşlı sağ cinah oyunçusu Nico Gonzaleslə müqavilə imzalandığı bildirilib.

“Juventus”un açıqlamasında Gonzalezin alış opsiyonu ilə icarəyə götürüldüyü bildirilib. “Juventus”un bu transfer dövründə Gonzelez üçün 8 milyon avro icarə haqqı ödəyəcəyi və opsiondan istifadə ediləcəyi təqdirdə 25 milyon avro əlavə ödəniş ediləcəyi qeyd edilib.

Tiago Mottanı baş məşqçi təyin edən “Juventus” daha əvvəl Douglas Luiz, Khephren Thuram, Juan Cabral, Michele Di Gregorio və Pierre Kalulunun transferini açıqlamışdı.

Bahar Rüstəm