“Juventus”-un oyunçusu ilkə imza atıb

Bakı,16 may,Sporaz.tv

İtaliya Kubokunun final oyununda “Atalanta” ilə qarşılaşan Juventus (Yuventus) rəqibini 1:0 hesabı ilə məğlub edərək, qalib tərəf olub.

Sporaz.tv xəbər verir ki, Juventus (Yuventus) millisinin futbolçusu Kənan Yıldız bu kubokla yeni zirvələrə imza atıb.
“Atalanta” ilə matça ehtiyat oyunçular skamyasında başlayan Kənan Yıldız 69-cu dəqiqədə Kyezanı əvəzləyib.

Komanda 4-cü dəqiqədə Duşan Vlahoviçin qolu ilə 1:0 hesabı ilə qələbəni əldə edib , Kənan Yıldız isə karyerasının ilk kubokunu qazanıb.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm Juventus (Yuventus)-un heyətində 37 matçda forma geyinib. 19 yaşlı futbolçu bu matçlarda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.