“Juventus” qələbə ilə başladı

Bakı, 20 avqust, Sporaz.tv

İtaliya A Seriyasının açılış həftəsində Kənan Yıldızın çıxış etdiyi “Juventus”, öz meydanında “Como“nu 3:0 hesabı ilə məğlub edib. Kenan Yıldız 1 məhsuldar ötürmə ilə komandasının qələbəsinə töhfə verib.

İtaliya A Seriyasının ilk həftə matçında “Juventus” və liqanın yeni komandası “Como” qarşılaşıb.

Matç 3:0 hesabı ilə “Juventus”un xeyrinə başa çatıb. “Juventus” 23-cü dəqiqədə Mbangula ilə hesabda önə keçib.

Juventus 45+1. Dəqiqədə Kenan Yıldızın yerdən çevirdiyi topu Weah tamamlayaraq qolla fərqi ikiyə çatdırıb. 90+1. Matçda son sözü Cambiaso dəqiqədə deyib.

47-ci dəqiqədə Dusan Vlahovic qapını açsa da, VAR qərarı ilə oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.

Bu nəticə ilə “Juventus” mövsümə 3 xalla başlayıb. “Qara-ağlar” liqanın ikinci həftəsində səfərdə “Verona” ilə qarşılaşacaq.

Türkiyəli futbolçu Kenan Yıldız 90 dəqiqə meydanda qalıb.