Bakı, 6 oktyabr, Sporaz.tv
Kenan Yıldızın çıxış etdiyi “Juventus“(Yuventus), doğma meydanda “Cagliari” ilə 1:1 hesablı heç-heçə etdiyi matçda 1:0 öndə olduğu matçda üstünlüyünü qoruya bilməyib.
Sporaz.tv məlumat verir ki, İtaliya A Seriyasının 7-ci turunda “Juventus”, öz meydanında “Cagliari”-ni qəbul edib. Allianz Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmada hər iki komandanın qolları penaltilərdən olub. “Juventus” 15-ci dəqiqədə Dusan Vlahoviclə 1-0 önə keçdiyi halda, “Cagliari” bu qola 88-ci dəqiqədə Razvan Marinlə cavab verib.
Meydan sahiblərinin portuqaliyalı cinah hücumçusu Francisco Conceiçao 89-cu dəqiqədə qırmızı vərəqə alıb.
Qarşılaşmaya əvəzedici heyətlə başlayan türkiyəli futbolçu Kenan Yıldız 77-ci dəqiqədə Samuel Mbanqulanın yerinə oyuna daxil olub.
“Juventus”, A Seriyasında 7-ci matçında 4-cü heç-heçəyə imza ataraq xallarını 13-ə yüksəldib və 3-cü yeri tutub. 6 xalı olan “Cagliari” isə 15-ci pillədə qərarlaşıb.