“Juventus” məğlubiyyətsizlik seriyasını davam etdirib

Bakı, 3 noyabr, Sporaz.tv

Juventus“(Yuventus), səfərdə “Udinese”-ni 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmaya ilk 11-də başlayan Kenan Yıldız 90 dəqiqə meydanda qalıb.

Sporaz.tv məlumat verir ki, İtaliya A Seriyasının 11-ci həftəsində “Udinese” “Juventus”-u qəbul edib. Bluenergy stadionunda keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.

“Juventus”-a qələbə qazandıran qolları 19-cu dəqiqədə Maduka Okeye (avtoqol) və 37-ci dəqiqədə Nicola Savona vurub.

Ağ-qaraların heyətində, türkiyəli futbolçu Kenan Yıldız matça ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.

Ardıcıl iki matçda heç-heçə edən “Juventus” bu qələbə ilə xallarını 21-ə yüksəldib və A Seriyasında 3-cü pillədə qərarlaşıb. 5 qələbə və 6 heç-heçə ilə “Juventus”, bu mövsüm liqada məğlub olmayan yeganə komandadır. 6 xalı olan “Udineze” isə 7-ci pillədə qərarlaşıb.

“Juventus” gələn həftə “Torino” ilə derbi matçı keçirəcək. “Udinese” səfərdə “Atalanta”-nın qonağı olacaq.

Bu arada A Seriyasında günün digər matçında “Bologna” “Lecce”-ni Riccardo Orsolininin vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.

Leave a Reply