“Juventus” İtaliya kubokunun qalibi olub

Bakı,16 may,Sporaz.tv

İtaliya kubokunun finalında “Atalanta” və “Juventus” üz-üzə gəlib. Matçda “Juventus” 1:0 hesabı ilə qalib gələrək kuboku qazanan tərəf oldu.

Sporaz.tv xəbər verir ki, İtaliya kubokunun final oyununda “Atalanta” və “Juventus” üz-üzə gəlib.“Olimpico” stadionunda keçirilən görüş 1:0 hesabı ilə “Juventus”un xeyrinə başa çatıb. Kuboku qazandıran qol 4-cü dəqiqədə Vlahovicdən gəlib. Vlahovicin 73-cü dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra oyundankənar vəziyyətə görə ləğv edilib.”Juventus”un futbolçusu Kenan Yıldız 69-cu dəqiqədə Chiesanın yerinə oyuna daxil olub.”Juventus”un baş məşqçisi Allegri 90+5. dəqiqədə qırmızı vərəqə aldı.
İtaliya kubokunu ən çox qazanan komanda “Juventus” 15-ci dəfə koboku qazanıb. “Juventus” kuboka sonuncu dəfə 2020/2021 mövsümündə çatarkən, son 2 ildə kuboku öz muzeyinə aparan tərəf “İnter” olub.

Bahar Rüstəm