“Juventus” futbolçusu ilə yollarını ayırır

Bakı, 16 noyabr, Sporaz.tv

Juventus (Yuventus)  Paul Pogbanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, İtaliyanın Birinci Futbol Liqası (A Seriyası) komandalarından biri olan Juventus (Yuventus), fransız yarımmüdafiəçi  Paul Pogba ilə müqaviləni ləğv edib.

Klubdan verilən açıqlamada Fransa millisinin futbolçusunun tərəflərin qarşılıqlı razılaşması nəticəsində noyabrın 30-da sərbəst buraxılacağı bildirilib.

Leave a Reply