Bakı, 31 oktyabr, Sporaz.tv
“Liverpool“(Liverpul)-un keçmiş baş məşqçisi Jürgen Klopp, 2018 Çempionlar Liqasının Finalında Sergio Ramos və Muhammed Salahın mövqelərində illər sonra baş verənlərdən danışıb. Klopp, futbolçusunu zədələyən Sergio Ramosa da münasibət bildirib.
Sporaz.tv məlumat verir ki, “Liverpool”-dan ayrılan Jürgen Klopp illər sonra Çempionlar Liqasındakı uğurlarından danışıb.
Jürgen Klopp Sergio Ramosun, Salahı zədələdiyi 2018 finalına da münasibət bildirib.
Jürgen Klopp şərh edib: “Sergio Ramos doğrudanmı yaxşı insandır? O, mənim favoritlərimdən deyil. Onun etdiyi hərəkət qəddar idi. Təbii ki, o, orada Salahın çiyninə nə olacağını bilə bilməzdi, amma hamımız bilirik ki, o, Salahın zədəsini alqışlayır. Mən heç vaxt bu zehniyyəti başa düşməmişəm ki, belə futbolçular olmayıb, belə olanda da komandadan getmələri üçün hər şeyi etdim.”- dedi.
Finalda “Real Madrid“-ə 3:1 hesabı ilə məğlub olan “Liverpool” kuboku əldən verib. “Liverpool”, bu dəfə İngiltərənin digər komandası “Tottenham”-ı məğlub edərək kuboku qazanaraq növbəti dəfə finala yüksəlib.