Jürgen Klopp qərarını verdi

Bakı, 12 iyul, Sporaz.tv

Liverpool“dan ayrılan Jürgen Klopp ABŞ Milli Komandasının təklifini rədd edib. Kloppun bir müddət futboldan uzaq qalmaq istədiyi bildirilib.

Məşqçi Gregg Berhalter 2024-cü ildə Amerika Kuboku ilə vidalaşan ABŞ Milli Komandasından qovulub.

Berhalterin gedişindən sonra ABŞ Milli Komandasının baş məşqçisi vəzifəsinə son olaraq İngiltərə Premyer Liqa komandalarından olan “Liverpool”u çalışdıran Jürgen Kloppun adı hallanıb.

Athletic“də çıxan xəbərdə Kloppun ABŞ Futbol Federasiyasından gələn təklifi qəbul etmədiyi bildirilib. Kloppun bir müddət futboldan uzaq qalmaq istədiyini dilə gətirdiyi və təklifi rədd etdiyi qeyd edilib.

Bu il Copa America turnirinə ev sahibliyi edən ABŞ qruplardan vəsiqə qazana bilməyib.

Uruqvay, Panama və Boliviya ilə eyni qrupda yer alan ABŞ 1 qələbə və 2 məğlubiyyətlə üzləşib.

Qrupunu 3 xalla tamamlayan ABŞ Uruqvay və Panamadan sonra qərarlaşıb.