“Jurgen Kloop”un ən böyük peşmanlığı

Bakı, 3 may, Sporaz.tv

Bacarmağa məcbur idi. Atası onu illərlə ən yaxşısı olmaq üçün böyütmüşdü.

Və bir gün Jurgen Klopp, on minlərlə adamın ayaqda alqışladığı bir adama çevrilmişdi. Amma, atası onun etdiklərini heç vaxt görə bilmədi. Sabiq bir həvəskar qapıçı olan atası, onu sərt bir şəkildə yaxşı idmançı olması üçün böyütdü.

Mainzdəki karıyerasını nöqtələyib, 33 yaşında komandanın baş məşqçisi oldu. Bundesliqaya yüksəldi, Dortmundun başına keçdi. Gegenpress-dən ilhamlanan alman məşqçi, Futbol dünyasına yeni bir sistem gətirdi.

O, Mainzdə futbolçu olarkən, komandanı çalışdıran Wolfgang Frank idi. 2 dəfə liqanı qazanıb Sarı Divara vəda etdikdən sonra Liverpoola getdi. İllər sonra Liverpoolu İngiltərə çempionu etdi.

Çempionlar Liqası, FIFA klublar Dünya kuboku, Super Kubok, İngiltərə Kuboku, yəni nə varsa, qazandı. Və bir şeyin fərqinə varmışdı. Kloop artıq yorulmuşdu. Ömrünün 40 ilini, futbolda bir şeyləri bacarmaq üçün keçirmişdi.

Uğurlarını, ən çox da hələ, baş məşqçi olmadan, xərçəng xəstəliyi səbəbi ilə vəfat edən atasına göstərmək istəmişdi.

Sezonun ortaları belə gəlmədən, rəhbərliyə gedib ” artıq bitdi” dedi.

Bahar Rüstəm