Juan Mata transferi rəsmi olaraq açıqlandı

Bakı, 5 sentyabr, Sporaz.tv

Avstraliya Liqası komandalarından olan Western (Qərbi) Sydney Wanderers, Juan Matanı heyətinə qatdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, bir müddət Galatasaray (Qalatasaray)-da çıxış edən Juan Mata yeni komandası ilə müqavilə imzalayıb.

Açıqlamada Mata ilə 1 mövsümlük müqavilə imzalandığı bildirilib.

Transferlə bağlı klubun saytına danışan Mata, “Asiya Çempionlar Liqasını qazanan yeganə Avstraliya komandası olan Western Sidney Wanderers-ə qoşulduğum üçün çox xoşbəxtəm və növbəti oyuna hazırlaşmaq üçün komanda ilə məşq etməyə səbirsizlənirəm”-sözlərini deyib.

Mata həmçinin, “Mən bu yeni macəra üçün həyəcanlıyam, fərqli bir liqada daha bir titul qazanmağı səbirsizliklə gözləyirəm”- deyib.
Futbola “Real Oviedo”nun infrastrukturunda başlayan və daha sonra “Real Madrid“ə keçən Mata, 2007-ci ildə “Valencia” ilə anlaşıb.

İspaniyadan sonra Premyer Liqada Chelsea (Çelsi) və Manchester City (Mançester Yunayted)-də çıxış edən təcrübəli futbolçu, 2022-ci ildə “Galatasaray”la müqavilə imzalayıb.

Mata ötən mövsümü Yaponiyada “Vissel Kobe”də keçirib.