Jotanın transferi 8 milyon avroya başa çatacaq

Bakı, 29 avqust, Sporaz.tv

Adı Türkiyə klublarında da hallanan Jota, artıq Səudiyyə Ərəbistanı tərk etməyə hazırıdır . Portuqaliyalı futbolçu, 8 milyon avroya Fransaya yollanır.

Sporaz.tv məlumat verir ki, yay transfer dövründə türk komandalarına da imza atan Jotanın Səudiyyə Ərəbistan macərası sona çatmaq üzrədir. Ötən mövsümün əvvəlində “Al-Ittihad“(Əl-İttihad)-ın “Celtic“(Seltik)-dən 29,1 milyon avroya transfer etdiyi Jota, Fransaya transfer olunur.

Jota, bu gün “Rennes“(Renn) ilə müqavilə bağlamaq üçün Fransaya gedəcək.

Xəbərdə “Rennes”in 25 yaşlı futbolçu üçün “Al-İttihad”a 8 milyon avro ödəyəcəyi bildirilib.

Ötən mövsüm Səudiyyə Ərəbistan yığması ilə ümumilikdə 25 oyuna çıxan Jota 1484 dəqiqə meydanda olub, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.