Jota Silvanın transfer qiyməti məlum oldu

Bakı , 3 may , sporaz.tv

Son vaxtlar adı “Fenerbahçe” ilə hallanan Jota Silva ilə bağlı Portuqaliya mətbuatından diqqətçəkən xəbər gəlib.

“Vitoria Gimaraes”də çıxış edən sol cinah müdafiəçisi Jota Silvanın adı “Fenerbahçe”da hallanıb. Bu xəbər 24 yaşlı portuqaliyalı futbolçu üçün ölkəsinin mətbuatında yer alıb.

Sporaz.tv xəbər verir ki , Jota Silva hələlik “Fenerbahçe”nın planları arasında deyil. Digər tərəfdən “Record”un verdiyi xəbərdə “Benfika”nın Jota Silva ilə maraqlandığı vurğulanıb.

Portuqaliyadakı başqa bir xəbərdə isə Jota Silvaya yaxın mənbənin “Benfika” ilə maraqlandığını təsdiqlədiyi bildirilib. 24 yaşlı cinah yarımmüdafiəçisi ilə “Benfika”dan başqa Fransa və İngiltərə komandalarının da maraqlandığı qeyd edilib.

Bu arada xatırladılıb ki, Jota Silvanın müqaviləsinin ləğvi haqqı 20 milyon avrodur. Digər tərəfdən, Vitoria Guimaraesin Jota Silva üçün ən azı 15 milyon avro tələb etdiyi bildirlir.

Bu mövsüm 39 matçda meydana çıxan və 3186 dəqiqə meydanda qalan cinah oyunçusu 15 qol və 7 məhsuldar ötürmənin müəllifi olub.

Jota Silva mövsümün sonunda Vitoria Guimaraes ilə müqaviləsinin son ilinə daxil olacaq.

Bahar Rüstəm