Josef de Souza silahlı hücuma məruz qalıb

Bakı, 9 sentyabr, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın, “Beşiktaş”-ın və “Başakşehir”in keçmiş futbolçusu Josef de Souza ölkəsi Braziliyada silahlı soyğunçuların hədəfinə çevrilib. Təcrübəli futbolçu, yaşadığı dəhşətli anlarla bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, Superliqada Fenerbahçe (Fənərbaxça), “Beşiktaş” və “Başakşehir” formalarını geyinən Josef de Souza, Braziliyada silahlı soyğuna məruz qaldığını açıqlayıb.

Oğlu ilə avtomobildə olarkən hücuma məruz qalan  Josef de Souzanın açıqlamaları belədir:

“Oğrular hətta ayağımdan başmaqları da götürüblər. Adamın tüfəngi var idi .Maşını da götürdülər. Oğlumla orda idik. Oğlumu çıxara bildim. Hazırda yaxşıyıq”.

Leave a Reply