Jose Mourinhonun əvəzolunmaz oyunçusu Tadic

Bakı, 17 sentyabr, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın 10 nömrəsi Dusan Tadic, göstərdiyi futbolla adından söz etdirməyə davam edir.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm sarı-göylü komandaya qoşulan ulduz futbolçu, İsmail Kartal dövründə 56 rəsmi matçda forma geyinib. 16 qol və 16 məhsuldar ötürmə ilə çıxış edən Tadic, Fenerbahçe (Fənərbaxça)-nın ən çox forma geyən futbolçusu olub və 32 qolda pay sahibidir.

Serbiyalı futbolçu, bu mövsüm də qaldığı yerdən davam edir. İndiyədək 9 rəsmi oyuna çıxan Dusan Tadic, 3 dəfə fərqlənib, 4 dəfə məhsuldar ötürmə edib.

35 yaşlı futbolçu, yaşının irəliləməsinə baxmayaraq, Fenerbahçe (Fənərbaxça)-nın ən önəmli adlarından birinə və Jose Mourinhonun əvəzolunmaz oyunçusuna çevrilib.

9 matçda 10 dəfə mühüm şanslar yaradan Tadic, bu sahədə komandasının ən yaxşısıdır.

Leave a Reply