Jose Mourinhonun Samet Akaydınla bağlı qərarı

Bakı, 16 noyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-də ara transfer dövrü üçün işlər davam edir. Transfer strategiyası dəqiqləşməyə başlayan sarı-göylü komandada gücləndiriləcək ilk mövqenin müəyyənləşdiyi iddia edilib. Jose Mourinhonun “Sivasspor” matçına ilk 11-də başlayan Samet Akaydın üçün son qərarını verdiyi öyrənilib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin ara transfer dövrü bütün sürəti ilə davam edir.

Jose Mourinhonun hesabatı istiqamətində hərəkət edən rəhbərliyin birinci prioriteti sol cinah transferi olacaq.

Jayden Oosterwolde mövsümü bitirdikdən sonra Mourinhonun bu bölgəyə ilk transferini istədiyi iddia edilib.

Mario Branconun sol cinah müdafiəçisi mövqeyi üçün siyahısında 3 futbolçunun adı var. “Fenerbahçe”, “Lecce”-dən Antonino Gallo, “Bologna”-dan Juan Miranda və “Fiorentina“-dan Fabiano Parisi ilə maraqlanır.

Portuqaliyalı çalışdırıcının “Sivasspor” matçında ilk 11-də meydana çıxdığı Samet Akaydin üçün də qərar verdiyi iddia edilib.

Mourinhonun Samet Akaydindan razı qaldığı və bunu rəhbərliyə çatdırdığı və mərkəz müdafiəçisi transfer etmək istəmədiyi bildirilib.

Leave a Reply