Jose Mourinhonun qərarından sonra “Cengiz Ünder” üçün zəng

Bakı, 26 iyul, Sporaz.tv

Transferin böyük hissəsini tamamlayan “Fenerbahçe“(Fənərbaxça)nin gözü, gedəcək futbolçulara çevrildi. Bu adlardan biri olacağı gözlənilən Cengiz Ünderə “klub tapın” çağırışının edildiyi iddia edilib. Beləliklə, En-Nesyri əvvəli Fenerbahçenin ən bahalı transferi olan Cengiz Ünderin sarı-göylü komanda ilə macərası yalnız 1 mövsümlə məhdudlaşa bilər.

Sporaz.tv məlumat verir ki, Fenerbahçedə 2024-2025 mövsümü üçün transferlər böyük ölçüdə tamamlandı. Futbolçuların ayrılması növbəsi Jose Mourinhonun verdiyi xəbərlərə uyğun dəqiq transferlər edən sarı-göylü komandadadır.

Ötən mövsümün əvvəlində 15 milyon avroya “Fenerbahçe”yə keçən Cengiz Ünderin gediş karvanında önəmli adlardan biri olacağı gözlənildiyi halda, sarı-göylülər ulduz futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Sağ və sol cinah dönüşünü tamamlayan “Fenerbahçe”də Cengiz Ünderə yer qalmayıb.

Bu inkişafdan sonra Cengiz Ünderin meneceri görüşə çağırılıb.

Futbolçunun nümayəndəsi, türkiyəli ulduz üçün klub axtarışına başlayıb.

“Fenerbahçe”nin Cengiz Ünder üçün 10 milyon avro transfer tələb etdiyi bildirilib.

Cengiz Ünder ötən mövsüm “Fenerbahçe”nin heyətində 33 oyun keçirib.

27 yaşlı futbolçu bu matçlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.