Jose Mourinhonun Fred açıqlaması

Bakı, 10 avqust, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho Superliqanın ilk həftəsində meydana çıxacaqları “Adana Demirspor“la oyun öncəsi açıqlama verib.

Sporaz.tv xəbər verir ki, Super Liqanın ilk həftəsində “Fenerbahçe” “Adana Demirspor”u qəbul edib. “Sarı-göylü” komandanın baş məşqçisi Jose Mourinho Super Liqada mövsümü açacaqları matç əvvəli danışıb.

Joze Mourinyonun açıqlamaları belədir:

“Gözlənilən bu gün qələbə qazanmaqdır. Qarşılaşmada yaxşı oynayaraq qalib gəlmək istəyirik. Rəqibimizi təhlil etdik. Yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq. Onlar burada yaxşı oynamaq istəyəcəklər. Buradan xal almaq üçün mübarizə aparacaqlar. Məqsədimiz mövsümə qələbə ilə başlamaqdır”.

“Fred üçün darıxdığımı dedim. Keyfiyyətli oyunçular həmişə darıxır. Onsuz biz fərqli oyun qaydasında oynayırıq. O, komanda üçün çox önəmlidir. Oyunun qurulması zamanı çox vacib oyunçudur. Solaxaydır, amma o, sağ ayağından da yaxşı istifadə edə bilir. Fred uzaqda olsa belə, həll yollarımız var. Bütün oyunçularıma güvənirəm”.

Bahar Rüstəm