Jose Mourinhonun “Fenerbahçe”dən xüsusi istəyi

Bakı,31 may,Sporaz.tv

Fenerbahçe“nın Jose Mourinho ilə 2 illik prinsipial razılığa gəldiyi iddia edilib. Portuqaliyalı çalışdırıcının “Fenerbahçe” ilə imzalayacağı müqavilə ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin dünya şöhrətli baş məşqçisi Jose Mourinho ilə 2 illik prinsipial razılığa gəldiyi iddiası böyük əks-səda yaratdı.
“Fenerbahçe”nın portuqaliyalı idman direktoru Mario Brancon həmyerlisi Joze Mourinyo ilə görüşərək dünyaca məşhur məşqçi ilə anlaşıb.
“Fenerbahçe” qısa müddət ərzində Jose Mourinhonu rəsmən açıqlamağı planlaşdırır.


Avropada böyük əks-səda doğuran inkişafın ardından İtaliya mətbuatından Calciomercato Jose Mourinhonun müqaviləsi ilə bağlı diqqətçəkən iddia ilə çıxış edib. Jose Mourinho “Fenerbahçe” ilə imzalayacağı müqavilədə “Portuqaliya Milli Komandasından təklif alacağı təqdirdə sərbəst buraxılacaq” bəndinin olmasını tələb edib.


Portuqaliyalı çalışdırıcı “Roma”nı çalışdırarkən millidən təklif alsa da, qəbul edə bilməyib. Jose Mourinho daha əvvəl milli komandadan imtina etmək məcburiyyətində qaldığından təəssüfləndiyini bildirib.

Bahar Rüstəm