Bakı, 8 iyul, Sporaz.tv
3 gənc futbolçunun “Fenerbahçe“dəki düşərgəsində çıxışı Jose Mourinho tərəfindən bəyənilib. Mourinhonun sözügedən üç futbolçu ilə yaxından maraqlandığı bildirilib.
Sporaz.tv xəbər verir ki, məşqçi Jose Mourinhonun rəhbərliyi altında yeni mövsümə mütləq çempionluq hədəfi ilə başlayan “Fenerbahçe”də hazırlıqlar davam edir.
Mourinhonun rəhbərliyi ilə Avstriya düşərgəsində yeni mövsüm hazırlıqlarını davam etdirən “Fenerbahçe”də bəzi futbolçular performansı ilə seçilir.
“Fenerbahçe”nin mövsümöncəsi düşərgəsində 3 gənc futbolçunun çıxışı diqqət çəkir.
Jose Mourinhonun düşərgə performansından razı qaldığı 3 gənc futbolçu aşağıdakılardır:
Yiğit Efe Demir
Bartuğ Elmaz
Emirhan Arkutcu
Portuqaliyalı çalışdırıcının sözügedən üç futbolçu ilə yaxından maraqlanır.
Bahar Rüstəm