Jose Mourinhonu çətin qərar gözləyir

Bakı, 23 avqust, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose MourinhoRizespor” matçının start 11-i müəyyən etmək üçün işlərini davam etdirir. Fredin qayıdışı ilə yarımmüdafiədə rahatlaşacaq portuqaliyalı çalışdırıcını sağ cinah və hücumçu mövqelərində çətin seçim gözləyir.

Sporaz.tv xəbər verir ki, Super Liqanın 3-cü həftəsində səfərdə “Rizespor”la qarşılaşacaq “Fenerbahçe”nin heyətində Jose Mourinho start 11-i müəyyən etməyə başlayıb.

Braziliyalı ulduz Fredin qayıdışı ilə yarımmüdafiədə daha rahatlaşan Mourinho 10 nömrə mövqeyində Szymanskini oynatmağı planlaşdırır.

Portuqaliyalı məşqçi Maximini sol cinahda oynatmağı düşünsə də, sağ cinah oyunçusu və hücumçu seçimi ilə bağlı çətin qərar verəcək.

Dünyaca məşhur məşqçi sağ cinah və hücumçu üçün En-Nesyri, Dzeko, Tadic və İrfan Can Kahveci arasında seçim edəcək.

Jose Mourinhonun hələ start 11-ini müəyyənləşdirmədiyi və yekun taktiki araşdırmadan sonra heyəti formalaşdıracaq.

Bahar Rüstəm