Jose Mourinhodan transfer sualına cavab

Bakı, 9 iyul, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho transferlə bağlı diqqətçəkən açıqlamalar verib. Maraqlandıqları futbolçuların xərclərini vurğulayan Mourinho, futbolçuların adlarını çəkməklə məsələni işıqlandırdı.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın baş məşqçisi Jose Mourinho Portuqaliya mətbuatından Sport TV-yə xüsusi açıqlamalar verib. Mourinyo “Fenerbahçe”nin transfer gündəminə də toxunub.

Transfer pəncərəsinin yeni açıldığını vurğulayan Mourinho hazırda qarşılaşdıqları ən böyük çətinliyi “Axtardığımız oyunçuların qiyməti çox yüksəkdir” sözləri ilə izah edib.

Digər tərəfdən təcrübəli çalışdırıcı “Portuqaliyada oynayan hansısa futbolçu “Fenerbahçe”yə gələcəkmi?” sualına diqqətçəkən cavab verdi.

Xərcləri bir daha vurğulayan və portuqaliyalı gənc futbolçuların Türkiyəyə gəlməkdə maraqlı olmayacağını bildirən Jose Mourinho sözlərini Joao Neveslə nümunə göstərdi.

Portuqaliyalı məşqçi, “Portuqaliyadan burada olmasını istədiyim oyunçular bizim imkanlarımız xaricindədir. Nəhayət, gənc futbolçular Türkiyədə hədəflərindən kənarda qalacaqlar. Məsələn, Joao Neves karyerasının bu nöqtəsində “Fenerbahçe”ya gəlməzdi. .”

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Lugano” ilə oyuna toxunan Mourinho sözlərini belə yekunlaşdırıb:

“Əlbəttə, qələbə qazanmaq istəyirik, amma xoşbəxtlikdən ikinci görüş öz meydanımızdadır. Görək, ilk görüşdə hesabı qoruyub saxlaya bilək, ikinci görüşdə də əlimizdən gələni edəcəyik”.

Bahar Rüstəm