Jose Mourinhodan Tadic qərarı

Bakı, 25 sentyabr, Sporaz.tv

Fenerbahçe” Avropa Liqasında mövsümün ilk matçında “Union SG“ni qəbul edəcək. Jose Mourinhonun derbi məğlubiyyətindən sonra bu matça fərqli hücum quruluşu ilə başlayacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının ilk matçında “Fenerbahçe” sentyabrın 26-da Ülkər Stadionunda “Union SG”ni qəbul edəcək. Sarı-göylərin baş məşqçisi Jose Mourinho bu matçın hücum quruluşunda köklü dəyişikliklər edə bilər.

Sözcüdə çıxan xəbərə görə, Jose Mourinho İrfan Can Kahvecini matçda ilk 11-də meydana çıxarmağı düşünür.

Tadici sol cinahda oynatdığı üçün zaman-zaman tənqid hədəfinə çevrilən portuqaliyalı çalışdırıcı serb futbolçunu yenidən sola keçirəcək.

Syzmanskinin “Fenerbahçe”nin “Union SG” ilə matçda 10 nömrəli mövqeyinə qayıdacağı bildirilib.

Jose Mourinhonun Dzekonu ehtiyat oyunçular skamyasına gətirməyi düşündüyü bildirilir.

Youssef En-Nesyri’nin “Union SG” matçında “Fenerbahçe”nin forvardında olacağı gözlənilir.

Leave a Reply